Lazer epilasiya salonları üçün
Salonunuzun boş saatlarını doldururuq.
Instagram və Facebook-da salonunuzun yaxınlığındakı insanlara reklam göstəririk. Lazer haqqında düşünən adam birbaşa salonun WhatsApp-ına yazır.
Hər ərazidə 1–2 salonla işləyirik.
Şərtlər yerinə yetirilibsə və 30 gündə salonunuza ən azı 40 potensial müştəri yazmayıbsa, xidmət haqqını qaytarırıq.
01 — Problem
Bu gün aparatınız neçə saat boş dayandı?
- 11:40
Səhər müştərisi gedib, növbəti qəbul saat dörddədir. Aparat açıqdır, mütəxəssis telefona baxır. Kirayə və maaş isə bu boş saatlar üçün də ödənir.
- Ayın 28-i
Reklama pul gedib, baxışlar da yığılıb. Rezervasiya dəftərini açırsınız: reklamdan gələn adlar barmaqla sayılacaq qədərdir.
- 21:30
Administrator gün ərzində yığılan mesajlara indi cavab yazır. Çoxu bir sözdür: «qiymət?». Qiyməti göndərir, cavab gəlmir. Kim ciddi idi, kim sadəcə baxırdı, bilinmir.
02 — Necə işləyir
Reklamı görən adam salonunuza yazır.
- Meta reklamı
- WhatsApp söhbəti
- Salonda seans
Paketə nə daxildir
Lokal hədəfləmə ilə reklam idarəsi
Reklam salonun yaxınlığında yaşayan və işləyən insanlara göstərilir. Büdcə şəhərin o biri başında olan, yazsa da gəlməyəcək adama getməsin deyə.
Instagram səhifəsinin optimizasiyası
Reklamdan gələn adam yazmazdan əvvəl səhifənizə baxır. Bio, önə çıxanlar və son postlar elə qurulur ki, ilk baxışda salona güvənsin.
Mesaj A/B testi
Eyni vaxtda bir neçə reklam mətni işləyir. Hansı daha çox potensial müştəri gətirirsə, büdcə ona keçir, zəif olanı söndürürük.
Həftəlik hesabat
Hər həftə neçə potensial müştərinin yazdığını və hər birinin sizə neçəyə başa gəldiyini görürsünüz. Hesabatda like və baxış sayı yoxdur.
Satış skripti və cavab dəstəyi
Administrator üçün hazır cavablar: qiyməti soruşana nə yazmaq, susan adama nə vaxt yenidən yazmaq. Gələn mesaj cavabsız qalmasın.
Reklam mətnlərini öz metodumuzla, V7 ilə yazırıq. İnsan lazerə müxtəlif səbəbdən gəlir, müxtəlif səbəbdən də ertələyir. Hər səbəbə ayrıca reklam yazılır.
03 — Zəmanət
Şərtləri əvvəlcədən deyirik.
Razılaşdığımız şərtlər yerinə yetirilibsə və ilk 30 gündə salonunuza ən azı 40 potensial müştəri yazmayıbsa, xidmət haqqını tam qaytarırıq.
- Potensial müştəri reklamdan gəlib qiymət, ünvan, seans, vaxt və ya rezervasiya soruşan real insandır. Bot, spam, əlaqəsiz və təkrar mesajlar sayılmır.
- Potensial müştərilərin sayı Meta reklam panelindən izlənir və həftəlik hesabatda görünür.
- Reklam büdcəsi ayrıcadır, salonun kartından birbaşa Meta-ya ödənir və geri qaytarılmır. Zəmanət xidmət haqqına aiddir.
- Salondan gözlədiyimiz: Meta hesabına partnyor girişi, reklam üçün lazım olan materiallar və gələn mesajlara vaxtında cavab.
- Rezervasiyanı və satışı salonun komandası bağlayır. Zəmanət gələn potensial müştərilərin sayına verilir.
- Bütün şərtlər başlamazdan əvvəl WhatsApp-da yazılı göndərilir.
04 — Fərq
İşimiz yalnız lazer salonlarıdır.
- Sahə
- Ümumi agentlikBu gün restoran, sabah stomatologiya, hamısına eyni plan.
- VektorYalnız lazer epilasiya salonları və klinikaları.
- Nəyi ölçür
- Ümumi agentlikBaxış və bəyənmə.
- VektorSalona yazan potensial müştəri və onun sizə neçəyə başa gəldiyi.
- Reklam mətni
- Ümumi agentlikHamıya eyni elan: aksiya və qiymət.
- VektorLazeri ertələyən adamın öz səbəbinə görə yazılmış mətnlər.
- Nəticə gəlməsə
- Ümumi agentlikAy sonunda ödəniş yenə eynidir.
- VektorŞərtlər yerinə yetirilib, 30 gündə 40 potensial müştəri gəlməyibsə, xidmət haqqı qaytarılır.
- Tutum
- Ümumi agentlikNeçə salon gəlsə, götürür.
- VektorHər ərazidə 1–2 salon.
05 — Proses
Başlasaq, iş belə gedəcək
- 1
Tanışlıq
WhatsApp-da yazırsınız, qısa zəng təyin olunur. Zəngdə salonunuza, ərazinizə və indiki reklamınıza baxırıq.
- 2
Hazırlıq
Hansı zonanı satmaq istədiyinizi, cihazı, mütəxəssisi və aksiyanı aydınlaşdırırıq. Instagram səhifəsini qaydaya salır, reklam mətnlərini və vizualları hazırlayırıq.
- 3
Kampaniya
Reklam salonun ərazisində başlayır. Mesajlar birbaşa salonun WhatsApp-ına gəlir, administrator hazır skriptlərlə cavab verir.
- 4
Həftəlik optimizasiya
Hər həftə rəqəmlərə baxırıq, zəif reklamı söndürürük. Nə dəyişdiyini hesabatda görürsünüz.
06 — Qurucu

Arxasında kim dayanır
Vektor-u lazer salonlarında eyni mənzərəni görəndən sonra qurduq. Aparat da, mütəxəssis də hazırdır, amma gün yarıboş keçir. Reklamı ya salon sahibi axşam işdən sonra özü qurur, ya da hər sahəni eyni şablonla aparan agentliyə verir.
Ona görə tək bir sahə seçdik və eyni anda az salon götürürük. Hər salonun reklamına komandamız özü baxır, həftəlik hesabatı da özü hazırlayır.
İlk zəngdə salonunuza baxırıq. Uyğun gəlmirsə, bunu elə həmin zəngdə deyirik.
Emin Qurbanov
Vektor Digital-ın qurucusu
07 — Uyğunluq
Kimlə işləyirik, kimlə yox
Uyğundur
- Aktiv işləyən lazer salonunuz və ya klinikanız var.
- Reklam üçün xidmət haqqından ayrı büdcə ayıra bilirsiniz.
- Salona yazanlara gün ərzində cavab verən administratorunuz var.
- Rəqəmlərə baxmağa və reklamı həftəbəhəftə düzəltməyə hazırsınız.
Uyğun deyil
- Reklam büdcəsi ayırmadan nəticə gözləyirsiniz.
- 40 potensial müştərini 40 hazır satış kimi qəbul edirsiniz.
- Meta hesabına giriş və salonun materiallarını vermək istəmirsiniz.
- Mesajlar salonda saatlarla cavabsız qalır.
- Seçimi yalnız ən aşağı qiymətə görə edirsiniz.
- Lazer epilasiyadan başqa xidmət üçün reklam axtarırsınız.
08 — Vektor Panel
TezlikləVektor Panel
Salonlar üçün öz sistemimizi qururuq. WhatsApp söhbətləri, rezervasiyalar və hesabat bir yerdə olacaq.
Vektor Panel haqqında →09 — Suallar
Zəngdən əvvəl soruşulanlar
40 potensial müştəri kimdir?
Reklamı görüb salonunuza yazan və konkret bir şey soruşan insan: qiymət, ünvan, seans, vaxt və ya rezervasiya. Eyni adam iki dəfə yazsa, bir dəfə sayılır. Bot, spam və lazerlə əlaqəsi olmayan mesajlar sayılmır.
Satışı da siz edirsiniz?
Biz potensial müştərini salonun WhatsApp-ına gətiririk. Rezervasiyanı və satışı salonun komandası edir, cavab skriptlərini isə biz veririk ki, söhbət yarıda qalmasın.
Reklam büdcəsi xidmət haqqına daxildir?
Xeyr. Büdcə ayrıcadır və salonun öz kartından birbaşa Meta-ya ödənir. Bu pul bizim əlimizdən keçmir.
Reklama nə qədər büdcə lazımdır?
Ərazidən, xidmətdən və hədəfdən asılıdır. Salona baxandan sonra məbləği birlikdə təyin edirik. Büdcə ayrıca, birbaşa Meta-ya ödənir.
Zəmanət necə işləyir?
Qısası belədir: şərtlər yerinə yetirilibsə və ilk 30 gündə ən azı 40 potensial müştəri gəlməyibsə, xidmət haqqı tam geri qaytarılır. Reklam büdcəsi qaytarılmır, çünki o pul birbaşa Meta-ya gedir. Şərtlərin hamısı başlamazdan əvvəl yazılı göndərilir.
Niyə hər ərazidə yalnız 1–2 salon?
Eyni ərazidə bir-birinin müştərisini istəyən salonların hamısına reklam aparsaq, büdcələr bir-birinə qarşı işləyər. Az salonla işləyəndə hər birinin reklamına hər həftə ayrıca baxa bilirik.
Necə başlayaq?
WhatsApp-da yazın. Qısa zəng təyin edirik, salonunuza və ərazinizə baxırıq. Uyğun gəlsək, şərtləri yazılı göndəririk. İlk söhbət ödənişsizdir.
Salonunuza birlikdə baxaq.
WhatsApp-da yazınİlk söhbət ödənişsizdir. Ərazinizdə yer qalıb-qalmadığını da elə həmin söhbətdə deyirik.